Şənbə, 04 May

Britaniya Rusiyaya qarşı hərəkətə keçdi: "Ordu tam hazırdır"

image

Britaniya Hərbi Hava Qüvvələrinin komandanı Mayk Viqston qırıcılarının Rusiya təhlükəsinə hazır olduğunu bildirib.

Xəbər verilir ki, bu barədə o, “Sky News” telekanalında məlumat verib.

“Putinin silahlı qüvvələri Böyük Britaniya və ya onun müttəfiqləri üçün təhlükə yaradarsa, hərbi təyyarələrimiz və pilotlar döyüşə hazırdır”, - komandan bildirib.

Londonun Rusiya ilə birbaşa münaqişəyə girməsinin nə dərəcədə mümkün olduğuna gəldikdə Britaniya Hərbi Hava Qüvvələrinin komandanı qeyd edib ki, Moskva daha ​​çox aqressivləşir:

“Biz buna hazır olmalıyıq və bu, mənim fikrimcə, işğaldan irəli gələn Avropa təhlükəsizliyi üçün ən vacib dərsdir”.

Komandan əlavə edib ki, Rusiyanın Böyük Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdid olmasına şübhə etmir.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15